Bayramov Netanyahu ilə görüşüb
İsrailin Baş naziri Azərbaycanın XİN rəhbəri ilə regional problemlər müzakirə edib
İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitterdə bildirib.
Netanyahu İsraildə Azərbaycan səfirliyinin açılması münasibətilə nazir Ceyhun Bayramovu təbrik edib.
Görüş zamanı regional problemlər müzakirə edilib, ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəlinib.