XƏBƏRLƏR / Siyasət

"Biz heç vaxt Azərbaycanla təmasları dayandırırıq deməmişik"

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib

"Biz heç vaxt Azərbaycanla təmasları dayandırırıq deməmişik"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Biz heç vaxt Azərbaycanla təmasları dayandırırıq deməmişik.

    Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

    O deyib ki, bu hal ABŞ-nin maraqlarına ziddir:

    "Bu, həm də regionda sülhün və sabitliyin maraqlarına zidd olardı. Biz narahtlıqlarımızı və mövqeyimizi aydın şəkildə bəyan etmək üçün həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqdə işləməyə davam edirik. Ermənistanla davamlı sülh əldə etmək üçün əlaqə saxlamağa davam edirik. Bu, bizim diplomatik fəaliyyətimizdə diqqət mərkəzindədir", - deyə Miller bildirib.