Azərbaycan nümayəndələri AŞPA-da fəaliyyətlərini dayandırıb
Formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında nümayəndə heyətimiz zalı tərk edib
Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səlahiyyətlərinə çağırışlarla əlaqədar fəaliyyətini dayandırıb.
Bəyanatda Azərbaycan nümayəndə heyəti bildirir ki, 19 ildir işğalçı dövlət Ermənistanı öz əməllərinə görə hesaba çəkə bilmir.
“Təəssüf ki, AŞPA bəzi üzv dövlətlərə hücum platforması kimi istifadə olunur. AŞPA-nın əsas prinsipləri müəyyən qərəzli qruplar tərəfindən öz dar maraqlarını təbliğ etmək üçün istifadə olunur.
Biz bu təşəbbüsü Azərbaycanda gedən seçki prosesinə əsassız olaraq qəsdən və qəbuledilməz müdaxilə cəhdi və ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk.
AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti bildiriş gələnə qədər AŞPA-da iştirakını dayandırmaq qərarına gəlir”, - deyə nümayəndələr bildiriblər.
Bəyanat oxunduqdan sonra nümayəndə heyəti zalı tərk edib.
Azərbaycanlı politoloq Fərhad Məmmədov bildirib: "Gözlənildiyi kimi oldu...
Səsverməni gözləyək... Ermənistan nümayəndə heyətində Paşinyan qrupunun səsverməsi xüsusilə maraqlıdır... Təbii ki, səsvermə baş tutsa...". SİTATIN SONU.