Birgə mətbuat konfransından Əsas Bəyanatlar
Ilham Əliyev və C.D.Vens mətbuat üçün bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti və ABŞ Vitse-prezidentinin Birgə Konfransda Əsas Bəyanatları
Azərbaycan Prezidenti İlham Əliyev:
- ABŞ Vitse-prezidenti Vens ilə görüş son dərəcə məhsuldar keçdi.
- Bu gün imzalanan Strateji Tərəfdaşlıq Xartiyası ölkələr arasında uğurlu əməkdaşlığı əks etdirir.
- Azərbaycan təhlükəsizlik və enerji sahələrində ABŞ ilə əməkdaşlığı davam etdirəcək; ölkə 11 NATO ölkəsi də daxil olmaqla 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir.
- Tramp-Vens administrasiyasının bölgəmizdəki səylərinin ən vacib nəticələrindən və əsas təzahürü TRIPP layihəsidir - Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu. Tramp Marşrutu təkcə Azərbaycanın iki hissəsini birləşdirməyəcək, həm də yüksək etibarlılıq və təhlükəsizlik dərəcəsinə malik əsas nəqliyyat dəhlizinə çevriləcək. O, digər qonşu ölkələrin iştirakı ilə Asiyanı Azərbaycan və Ermənistan vasitəsilə Avropa ilə birləşdirəcək.
- Biz müdafiə təchizatı sahəsində, eləcə də məlumat mərkəzləri və süni intellekt sahəsində əməkdaşlıq fəslini açırıq. Bu sahələrdə aparıcı Amerika şirkətləri ilə əməkdaşlıq çərçivəsində artıq ilkin nəticələr əldə edilib.
- Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi töhfəyə görə amerikalı həmkarı Trampa təşəkkürünü bildirib.
ABŞ vitse-prezidenti C.D. Vens:
▪️ Təyyarəyə minməzdən əvvəl işçilərimə dedim ki, Prezident Trampdan başqa, dünyada həm türklər, həm də israillilərlə həqiqətən yaxşı münasibətləri olan yeganə lider Prezident İlham Əliyevdir.
▪️Vens Ermənistan və Azərbaycan arasında davamlı sülh müqaviləsinin vacibliyini vurğulayıb.
▪️ ABŞ dostluq və strateji tərəfdaşlığa görə minnətdarlığını bildirmək üçün Bakıdadır.
▪️ Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasının tamamlanmasına Azərbaycanın dəstəyi beynəlxalq əməkdaşlığın mühüm nümunəsidir.
2 dəqiqə