İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib
Bu gün onun Putin və Paşinyanla görüşü gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib.
Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında Azərbaycan dövlətinin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.