Aİ Bakı ilə viza rejiminin sadələşdirilməsini müzakirə edir
Avropa İttifaqı-Azərbaycan birgə komitəsinin 7-ci iclası keçirilib
 
                                Cümə axşamı Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Avropa İttifaqı-Azərbaycan birgə komitəsinin 7-ci iclası keçirilib. Bu barədə Avropa İttifaqıın Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko Tvitter hesabında yazıb.

"Viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasından 10 il ötür ki, bu da adamların rahat səyahət etməsinə imkan yaradır. Avropaya səfərlərin sayı pandemiyadan əvvəlki səviyyəni ötüb", - Mixalko qeyd edib.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            