XƏBƏRLƏR / Siyasət

Aİ-nin Türkiyənin üzvlük danışıqların bərpa planı yoxdur

Bunu Türkiyəyə səfəri ərəfəsində Aİ genişlənmə üzrə komissarı Marta Kos bəyan edib

Aİ-nin Türkiyənin üzvlük danışıqların bərpa planı yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aİ-nin Türkiyənin üzvlük danışıqlarını yenidən başlatmaq planı yoxdur.

    "Ankaraya səfərim etimadın bərpasına və iqtisadi münasibətlərimizin hər iki tərəf üçün daha faydalı olmasının yollarını tapmağa yönəlib. Aİ Türkiyə ilə münasibətlərinə yeni baxış keçirməlidir, lakin danışıqları yenidən başlatmaq planı yoxdur", - deyə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Ankaraya səfərindən əvvəl "Politico"ya verdiyi müsahibədə bildirib.

    O, qeyd edib ki, Ukraynadakı sülh, xüsusən də Qara dəniz bölgəsində Avropa reallıqlarını dəyişdirəcək və buna görə də Ankara Brüssel üçün "çox vacib tərəfdaşa çevriləcək".

    Bu gün Kos Ankaraya səfər edəcək və Türkiyənin xarici işlər naziri Fidan ilə görüşəcək.