Azərbaycan Prezidenti İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə TASS-a Kremldən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı dövlət başçıları Qarabağla bağlı üçtərəfli bəyanatların realizasiyası məsələlərini müzakirə ediblər.