Çeçenistan rəhbəri Ramzan Kadırov Qurban bayramı ərəfəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyünü və regiondakı sosial-iqtisadi vəziyyət barədə məlumat verdiyini bildirib.
Bu barədə Kadırov öz teleqram kanalında paylaşım edib.
"Görüşümüzdə mən Çeçenistan Respublikasının sosial-iqtisadi vəziyyəti haqqında məlumat verdim. Biz regionun uzunmüddətli planlarını və əldə etdiyi nailiyyətləri də müzakirə etdik"- deyə Kadırov yazıb.
O, səhifəsində görüşdən Putinlə selfi formatında foto da paylaşıb.