Livan parlamenti ölüm hökmünün ləğv edilməsinə səs verib
"Associated Press" məlumat verir ki, ölkə ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub
Bu barədə "Associated Press" məlumat yayıb.
Yalnız “Hizbullah”ın parlament bloku qərarı dəstəkləməyib.
Bildirilir ki, bununla da Livan edam cəzasını ləğv edərək, onu ömürlük həbs və ağırlaşdırılmış məcburi əmək cəzası ilə əvəz edən ilk ərəb ölkəsi olub.
Livanda 2004-cü ilin yanvarından edamların icrasına qeyri-rəsmi moratorium tətbiq olunur. Buna baxmayaraq, həmin dövrdən bəri onlarla ölüm hökmü çıxarılıb, lakin sonradan onların icrası dayandırılıb və ya başqa cəza növü ilə əvəzlənib.
1 dəqiqədən az