Aİ Şurasının Prezidenti Antonio Koşta Azərbaycana gəlib
Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, qarşılayıb YENİLƏNİB
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
***
14:47
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfər edib.
Bu barədə Koşta özünün "X" hesabında paylaşım edib:
"Bu gün Bakıdayam. İlham Əliyevlə görüşməyi səbirsizliklə gözləyirəm.
Azərbaycan Aİ üçün əsas tərəfdaşdır.
Son bir il ərzində münasibətlərimizi yenidən canlandırdıq.
Təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində münasibətlərimizi daha da dərinləşdirməyə sadiqik."
***
2026-03-10 17:24
Avropa İttifaqının Şurasının Prezidenti Antonio Koşta sabah Azərbaycana səfər edəcək.

Bu barədə Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Koşta Azərbaycan Prezidenti və bir sıra yüksək vəzifəli hökumət nümayəndələri ilə görüşlər keçirəcək.
1 dəqiqə