Türkiyə Fələstinə zamin durmağa hazırdır
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib
Ankara sülh razılaşması əldə olunarsa, Fələstinə zamin ölkə kimi çıxış etməyə hazırdır.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Fidan daha əvvəl bildirmişdi ki, Ankara İsrail-Fələstin arasında gərginliyi artıran tərəflər üçün zaminlər sistemi yaratmaq ideyasını irəli sürüb.
Türkiyə XİN rəhbəri xüsusilə Fələstin tərəfi üçün zamin kimi çıxış edəcək ölkələrin Yaxın Şərq regionundan olmasının vacibliyini vurğulayıb.
"Bu, Türkiyəyə də aiddir. Digər ölkələr isə İsrail üçün zamin olmalıdır. Hər iki tərəfə uyğun olan razılaşma əldə edildikdən sonra zamin ölkələr atəşkəs müqaviləsinin tələblərinin yerinə yetirilməsi üçün məsuliyyət daşımalıdırlar. Yalnız bu yolla davamlı sülh əldə oluna bilər", - nazir deyib.