Ermənistanın baş naziri Nikol Paşinyan işgüzar səfərlə Strasburqa gedib.
Bu barədə erməni KİV-i məlumat yayıb.
O, oktyabrın 17-də Avropa Parlamentində çıxış edəcək.
Paşinyan ilə Avropa Parlamentinin sədri Roberta Metzola arasında görüş baş tutacaq, sonda isə mətbuat nümayəndələri üçün açıqlamalar veriləcək.