Tramp İranlı futbolçu qızlara sığınacaq tələb etdi YENİLƏNİB
Avstraliyada keçirilən Asiya Kubokunda iştirak edən İranın qadın futbol komandası mollarara etiraz edərək dövlət himnini oxumamışdı
20:59
ABŞ prezidenti Donald Tramp İran qadın futbol komandasının taleyini Avstraliya Baş naziri Entoni Albanese ilə müzakirə edib.
"Mən indicə Avstraliya Baş naziri Entoni Albanese ilə İran qadın futbol komandası haqqında danışdım. O, bunun üzərində işləyir! Artıq beş nəfərə yardım edilib, qalanları isə yola düşüb. Lakin bəziləri ailələrinin təhlükəsizliyi, o cümlədən qayıtmadıqları təqdirdə qohumlarına qarşı təhdidlər barədə narahat olduqları üçün geri qayıtmalı olduqlarını düşünürlər. Hər halda, Baş nazir bu çox həssas vəziyyəti idarə edir. Tanrı Avstraliyanı qorusun!", - deyə ABŞ Prezidenti Truth Social şəbəkəsində yazıb yazıb.
***
19:01
ABŞ prezidenti Donald Tramp Avstraliyadan İranın qadın futbol komandasına sığınacaq verməsini istəyib.
ABŞ prezidenti yazıb: "Avstraliya İranın qadın futbol komandasının İrana qayıtmağa məcbur edilməsinə icazə verməklə ciddi humanitar səhv edir və onları orada çox güman ki, öldürüləcəklər. Bunu etməyin, cənab Baş nazir, onlara sığınacaq verin. Əgər qəbul etməsəniz, ABŞ onları qəbul edəcək".
Xatırladaq ki, İranın qadınlardan ibarət milli futbol komandası Avstraliyada keçirilən Asiya Kuboku qrup mərhələsində Cənubi Koreyaya qarşı oyundan əvvəl dövlət himnini ifa etməkdən imtina edib.
1 dəqiqə