ABŞ-dan üçtərəfli görüş barədə vacib açıqlama
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mety Miller deyib
ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərin danışıqlarına vasitəçilik etməkdən məmnundur.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mety Miller deyib.
O qeyd edib ki, ABŞ dövlət katibi Entoni Blinken bu gün səhər hər iki ölkənin xarici işlər naziləri ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli formatda görüş keçirib.
Blinken görüşlər zamanı vurğulayıb ki, məsələlərin həlli, davamlı və ləyaqətli sülhün təminatı üçün birbaşa dialoq çox vacibdir.
"ABŞ Azərbaycan və Ermənistanın son zamanlar sülh prosesində səmərəli iştirakından təsirlənib. Biz bu prosesin inkişafı üçün onlara kömək etməyə davam edəcəyik. Bu gün görüşün ilk günü idi və müzakirələr 29-dək davam edəcək", - Miller vurğulayıb.