XƏBƏRLƏR / Siyasət

Putin mayın 8-də Paşinyanla ikitərəfli görüş keçirəcək

Tərəflər 2023-cü ilin dekabr ayından praktiki olaraq ünsiyyət qurmayıblar

Putin mayın 8-də Paşinyanla ikitərəfli görüş keçirəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək və orada müzakirə üçün çoxlu məsələlər yığılıb. Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

    “Putin və Paşinyan uzun müddətdir bir-birini görmürlər, sonuncu görüş 2023-cü ilin dekabr ayının sonunda baş tutub və bundan sonra liderlər praktiki olaraq ünsiyyət qurmayıb. “Həm Rusiyaya, həm də KTMT-yə qarşı tənqidlər səslənir, bilirsiniz ki, Ermənistan bu təşkilatda iştirakdan faktiki olaraq imtina etməyib, lakin onlar təlimlərdə iştirak etmirlər. KTMT-ni maliyyələşdirməkdən çəkinmək, eyni zamanda, Ermənistanda Avropa İttifaqına daxil olmaq üçün müxtəlif variantlar da daxil olmaqla, Qərblə dialoq nümayişkaranə şəkildə inkişaf edir, yəni, indi bir çox məsələlər yığılıb, liderlər arasında müzakirə tələb olunur”, - deyə Rusiya Federasiyası Prezidentinin köməkçisi bildirib.