XƏBƏRLƏR / Siyasət

ABŞ səfiri uzun götür-qoydan sonra Şuşaya gedib YENİLƏNİB

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb FOTO

ABŞ səfiri uzun götür-qoydan sonra Şuşaya gedib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:15

    ABŞ səfiri Mark Libby Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimovla görüşüb.

    Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

    Bildirilib ki, səfir Libbi Şuşada olarkən şəhərin inkişafı üçün görülən işlər və Şuşanın məcburi köçkün icmasının qayıdışı ilə bağlı ətraflı məlumat almaq üçün Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimovla görüşüb.

    “Onlar, həmçinin, regionun yaşıl enerjisini və ABŞ-ın Azərbaycanın məcburi köçkün icmalarına və minalardan təmizləmə təşəbbüslərinə göstərdiyi dəstəyi müzakirə ediblər”, - bildirilib.

    ***

    13:05

    ABŞ səfiri Mark Libbi Şuşaya gedib.

    Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

    “Bu gün səfir Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib.

    Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”, - səfirliyin məlumatında qeyd olunub.

    Xatırladaq ki, ABŞ səfiri 2 gün öncə "Şuşaya getməyə hazır olmadığını" və "kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmədiyini" bəyan etmişdi.