BLOQ

ABŞ səfiri Şuşaya getməyə hazır deyil...

Cənab Libbinin cəsarəti və vicdanı çatmır

ABŞ səfiri Şuşaya getməyə hazır deyil...
Mark Libbi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Tam sitat: "Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir. Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm. Odur ki, bunu etməyin vaxtı gələndə mən bunu edəcəyəm".

    "Turan" agentliyinin daha qısa versiyası var:

    “Səfir Şuşaya getmir, eyni zamanda Azərbaycanın qonşu rayonlarına da səfər edir? Niyə? Səfir "Turan"ın sualını belə cavablandırıb: "Bunun heç bir siyasi səbəbi yoxdur. Hazır olanda gedəcəyəm, hazır deyiləm".

    Beləliklə, iki cavab... Hansı nəticələrə gəlmək olar?

    ABŞ-ın Azərbaycandakı səfiri hesab edir ki, Azərbaycanda akkreditə olunmuş və Şuşaya səfər etmiş bütün digər diplomatlar “kimlərinsə şousunda” iştirak ediblər.

    ABŞ-ın Azərbaycandakı səfiri azad edilmiş əraziləri geri qaytarılmış hesab edir... Gülməlidir! O zaman brifinqdə iştirak edən jurnalistlərin verməyə cəsarət etmədiyi cənab Libbiyə sual: əraziləri Azərbaycana kim qaytarıb?! Bəs beynəlxalq hüquqda başqa dövlətin ərazilərini saxlamağın adı nədir?! Təsadüfən işğal deyilmi?!

    Sorri... Cənab Libbi Ermənistanı işğalçı ölkə adlandıracaq cəsurlardan deyil... Onun cəsarəti və vicdanı çatmır...

    Yenə də... Qarabağın ərazilərini fərqləndirir, “başqadır” deyir... Bu yaxınlarda ABŞ səfiri Ağdamda idi... Bəs Ağdamla Şuşanın “fərqi” nədir?! Amma Şuşa keçmiş DQMV-nin tərkibində idi, Ağdam isə yox!!! Deməli, ABŞ səfiri keçmiş DQMV-nin ərazisini hələ də mübahisəli hesab edir?! Yoxsa necə başa düşək?!

    Bəs bu məsələdə ABŞ və Rusiya arasında nə fərq var?

    Lavrov və Zaxarova demişdi ki, yalnız Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra Rusiya Qarabağın Azərbaycan olduğunu bəyan etdi. Amma ABŞ hələ də bunu etmir... onlar ermənipərəst lobbiçilərdən qorxurlar!

    Onda Azərbaycanın ABŞ-a və səfirə münasibəti də uyğun olacaq.

    ABŞ və Fransa səfirlərinin Qarabağa, yaxud işğaldan azad edilmiş ərazilərə harasa dəvət edilməsinə belə ehtiyac yoxdur, hazır olanda özləri sorğu doldursunlar və bizim Xarici İşlər Nazirliyi bu sorğuları dərc edə bilsin! Hamı da görsün!

    Politoloq

    Fərhad Məmmədov