Şuşada "Yasəmən" butik-oteli açılıb FOTOREPORTAJ
Peşə məktəbinin qızlar yataqxanası bərpa olunub
Şuşada “Yasəmən” butik oteli və restoranının açılışı bu gün baş tutub. Açılışda İlham Əliyev və Mehriban Əliyeva iştirak ediblər.
Şuşadakı Peşə məktəbinin qızlar üçün yataqxanasının yerində açılan otel Mehmandarovların ev-muzeyinin yaxınlığındadır. Bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirib.
Butik oteldə 20 otaq var. Ümumilikdə 60 nəfər qonaq gecələyə bilər.
Qeyd edək ki, turistlərə hələlik yalnız "Xarıbülbül" oteli verilir və bir otağın gecəlik qiyməti 1 nəfər üçün 225 manatdır.
Şuşada "Qarabağ" və "Şuşa" otelləri də fəaliyyət göstərir.