BLOQ

Qarabağdakı ermənilərin əhval-ruhiyyəsi necədir?

Ermənistanın "Hraparak" nəşrinin yazılarının əsasında ərsəyə gələn bloq

Qarabağdakı ermənilərin əhval-ruhiyyəsi necədir?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanın son vaxtlar daxildə bəzi dairələrlə qapalı görüşlər keçirməsi ermənilər arasında panika yaradıb. Bu barədə "Hraparak" nəşri məlumat yayıb.

    Məlumata görə, Arutyunyanın görüşlər zamanı səsləndirdiyi fikirlər, xüsusilə hazırkı vəziyyətin kifayət qədər qəliz, gələcəyin isə daha da dumanlı olması barədə bəyanatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə qalan silahlı qrupları və separatçı rejimin tərəfdarlarını qorxuya salıb.  

    Nəşr bildirir ki, Arutyunyanın fikirləri erməni sakinlərdə ümidsizlik yaradıb. "Ermənilər üçün Qarabağda qalmaq günü-gündən mənasız olur", - "Hraparak" yazıb.

    Ümumilikdə isə hesab olunur ki, Arutyunyan Xankəndi və digər ərazilərin tezliklə Azərbaycanın idarəçiliyinə keçəcəyini başa düşür və tərəfdarlarını buna hazırlayır. O, artıq əvvəlki kimi "odlu-alovlu" çıxışlara üstünlük vermir, daha çox təslimçilik ruhunda bəyanatlarla siyasi məğlubiyyətini etiraf edir.

    Qəzet başqa bir məqalədə yazır ki, "Qarabağ müharibələrinin ştirakçılarının Laçın keçid məntəqəsindən keçməsinə icazə verilmir. "Azərbaycan hərbçiləri müvafiq qanunvericilik dəyişiklikləri hazırlanmayana, məhkəmə prosesləri və ya cinayət işləri başa çatana qədər Qarabağı tərk etmək hüququna malik olmadığını bəyan edib, bu müddət ərzində onlar ya mühakimə olunacaqlar, ya da bəraət alacaqlar". Qarabağı tərk edin".

    Qəzet adının açıqlanmasını istəməyən erməniyə istinadən yazır: “Ailəmin təhlükəsizliyi üçün adımı açıqlamamağı xahiş edirəm, amma bəli, bu doğrudur. Məndə olan məlumata görə, azərbaycanlıların 500 nəfərin adı olan siyahısı var. Mənim də adım siyahıdadır. Mənə dedilər ki, Vitali Balasanyanın da adı var və o siyahıya təkcə Qarabağ sakinləri deyil, bir çox erməni general və komandirlərinin də adı daxil edilib”.

    Bu arada məşhur erməni bloger Qarabağı tərk edən gənclərə çağırış edib:

    "Buradan gedəndə valideynlərini, ata-babanı burada qoyub getmə. Qarabağ sizin üçün nə “qocalar evi”, nə də atılmış valideynlər üçün pansionatdır. Onları da özünüzlə aparın, vicdanınız olsun və “övladlıq borcunuzu şərəflə yerinə yetirin”. Ümid edirik ki, çağırış xüsusilə valideynləri burada yüksək vəzifə tutanlar - "nazir"lər, "keçmiş nazir"lər və digər "super vətənpərvərlər" tərəfindən eşidiləcək".