BLOQ

Avropa hansı səbəbdən zülmətə qərq oldu?

Köhnə Qitə kütləvi elektrik kəsilməsinə görə məsuliyyət daşıyanları müəyyən etməyə çalışır

Avropa hansı səbəbdən zülmətə qərq oldu?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İspan operatoru kiberhücumların və hava fəlakətlərinin problemin mənbəyi olduğunu təkzib edib.

    Aprelin 28-də İspaniya, Portuqaliya, Fransanın bəzi hissələri və Andorrada baş verən kütləvi elektrik kəsilməsi son illərdə Avropanın elektrik şəbəkəsində baş verən ən pis hadisələrdən biri olub. Pireney yarımadasının demək olar ki, 90%-i elektriksiz qaldı, qatarlar və elektrik stansiyaları dayandırıldı, reyslər ləğv edildi və əsas tədbirlər, o cümlədən Madriddə tennis turniri dayandırıldı.

    Bu çöküşün fonunda onlarla versiya ortaya çıxdı: kiberhücumdan qəfil hava anomaliyalarına qədər. Bununla belə, milli elektrik şəbəkəsinin operatoru olan İspaniyanın "Red Electrica" şirkəti heç bir haker hücumunun olmadığını bildirib.
    "El País"-ə verdiyi müsahibədə şirkətin əməliyyatlar üzrə direktoru Eduardo Prieto deyib: "Biz nəzarət sisteminə müdaxilənin olmadığı qənaətinə gəldik". Onun sözlərinə görə, işığın kəsilməsinin mümkün səbəblərindən biri günəş enerjisi istehsalının kəskin azalması olub.