BLOQ

Əgər Ukrayna hərbçilərində ağıl varsa, yarısı mənə gəlsin!

Hərbi hiyləgərlikdən başları çıxmır?

Əgər Ukrayna hərbçilərində ağıl varsa, yarısı mənə gəlsin!
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hərb elmində belə bir deyim var: "Voennıy xitrost", yəni hərbi hiyləgərlik.
    Bu əslində deyim deyil, bu bir hərbi elmdir.
    Ukraynanin Cernobıl şəhərində o vaxtkı Sovet qoşunlarının 1000 yox, bəlkə də 10 000-lərlə texnikası qalıb və qalmaqdadır. Özü də hər növündən. Sadəcə, 1986-cı ildə panikaya düşüb texnikaları qoyub qaçıblar. 95 faizi də işlək vəziyyətdə olub.
    Kifayət edər ki, hamısını çıxarasan və bir sistern dezinfeksiyalı məhlulla yuyasan, maket kimi lazımi yerlərdə yerləşdirəsən. Rus qoşunları da həmin texnikalari milyonluq raketlərlə vursun.
    Bir də var "Razvedka boyem", yəni döyüş kəşfiyyatı. Yəni düşmənin atəş nöqtələrinin yerinin dəqiqliklə müəyyən edilməsi və TƏZƏ və MÜASİR TEXNİKALARLA dəqiqliklə MƏHV EDİLMƏSİ.
    Əgər Ukrayna hərbçilərində ağıl varsa, yarısı mənə gəlsin!