Ermənistan Rusiyanın düşmənləri ilə dostlaşmaq istəyir
TŞ katibi Armen Qriqoryan Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakla görüşüb
Maltada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Ermak arasında görüş keçirilib.
Həmsöhbətlər Ermənistan və Ukrayna arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə ediblər. Bununla bağlı oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenskinin Ermənistanın baş naziri Nikol Paşinyan ilə ilk görüşünün əhəmiyyəti qeyd edilib.
Tərəflər Ermənistan və Ukraynanın Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasına seçilməsi münasibətilə bir-birini təbrik edib və iki ölkə arasında bu təşkilat çərçivəsində və ümumilikdə enerji sektorunda əməkdaşlığı müzakirə ediblər.