Paşinyan Putinin andiçmə mərasiminə gedəsi olmadı
Baş nazir bu zaman İrəvanda mətbuat konfransı keçirəcək

12:20
Bir az əvvəl Ermənistan hökumətinin mətbuat xidməti məlumat yaydı ki, mayın 7-də saat 12:00-da baş nazir Nikol Paşinyan İrəvanda mətbuat konfransı keçirəcək.
***
Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək - Alen Simonyan.
“Xeyr”, - Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə Nikol Paşinyanın Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı suala belə cavab verib.
Qeyd edək ki, mayın 7-də Vladimir Putinin Rusiya tarixində onun üçün beşinci və ümumi səkkizinci prezidentlik inaqurasiyası baş tutacaq.