Bakı ilə sərt tonda danışan Yuri Kim getdi
Onun müvəqqəti icra etdiyi vəzifəyə başqa məmur təyin edildi
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, ABŞ senatoru Yuri Kim vəzifəsini itirib. ABŞ Senatı Dövlət Departamentinin sanksiyalar siyasətinin keçmiş koordinatoru Ceyms O'Brienin onun yerinə təyin edilməsini təsdiqləyib.
Bu barədə ABŞ qanunverici orqanının yuxarı palatasının saytında məlumat verilib.
Yuri Kim son aylarda dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edib.