Türkiyədə Azərbaycan-Ermənistan münasibətlərinə baxacaqlar
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilir

Bu gün Türkiyənin Milli Təhlükəsizlik Şurası Azərbaycanla Ermənistan arasında baş verən prosesləri müzakirə edəcək.
Toplantıya ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir.
Bundan əlavə, görüşdə Rusiya və Ukrayna arasında müharibə, Suriya, Qəzzadakı vəziyyət və PKK-nın fəaliyyəti kimi mövzularda fikir mübadiləsi aparılması planlaşdırılır.