XƏBƏRLƏR / Siyasət

Lukaşenko gözlənilmədən ABŞ rəsmilərini qəbul edib FOTO

Görüşün təfərrüatları haqda Belarus Prezidentinin sözçüsü Natalya Eismont danışıb

Lukaşenko gözlənilmədən ABŞ rəsmilərini qəbul edib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Prezident və Trampın komandası Ukrayna və Yaxın Şərq, Rusiya və Çinlə münasibətlər, sanksiyalar və dünyanın siyasi arxitekturasındakı dəyişiklikləri müzakirə ediblər.

    Belarus Prezidentinin sözçüsü Natalya Eismont görüşün eksklüziv detalları açıqlayıb.

    "Görüş dünən axşam saatlarında baş tutub. 6,5 saat davam edib: əvvəlcə Prezidentin iş otağında, sonra isə nahar vaxtı, görüş gecə bitib.

    Bu gün günortadan sonra yayımlanan kadrlarda söhbətin ab-havası və mahiyyəti aydın görünür".

    "Mövzuların çeşidi son dərəcə aktual olub. Bütün dünyanı maraqlandıran məsələlərdən, o cümlədən Ukraynanı və Yaxın Şərqi narahat edən şeylərdən, Rusiya Federasiyası və Çin Xalq Respublikası ilə qarşılıqlı əlaqələrdən danışılıb.

    Həmçinin Amerika Birləşmiş Ştatlarının və Avropa Birliyinin Belarusa, Rusiya Federasiyasına və digər ölkələrə qarşı sanksiya siyasətindən, dünyanın siyasi arxitekturasındakı dəyişikliklərdən, insanlardan, müharibələrin tarixindən danışılıb.

    Söhbətin təfərrüatlarına, detallarına, nüanslarına gəlincə, bunlar təbii ki, yalnız bu danışıqlarda iştirak edənlərə hərtərəfli məlumdur".