XƏBƏRLƏR / Siyasət

Putin Netanyahudan sonra Pezeşkianla telefonla danışıb

YENİLƏNİB

Putin Netanyahudan sonra Pezeşkianla telefonla danışıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:10

    İran Prezidenti Məsud Pezeşkian telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putini İran rəhbərliyinin ölkədə vəziyyətin normallaşması üçün göstərdiyi fəal səylər barədə məlumatlandırıb.

    Bu barədə Kreml xəbər verir.

    Prezidentlər qeyd ediblər ki, Moskva və Tehran İran ətrafında və bütövlükdə regionda gərginliyin tezliklə azaldılması, yaranan problemlərin yalnız siyasi-diplomatik vasitələrlə həll edilməsi üçün ardıcıl olaraq həmrəy mövqe nümayiş etdirirlər.

    Rusiya-İran strateji tərəfdaşlığının daha da gücləndirilməsi və müxtəlif sahələrdə birgə iqtisadi layihələrin praktiki həyata keçirilməsi üçün qarşılıqlı mövqenin mövcudluğu təsdiqlənib.

    ***

    14:16

    Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahudan dərhal sonra İran Prezidenti Məsud Pezeşkianla ilə telefonla danışıb.

    Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

    "İran Prezidenti Pezeşkianla telefon danışığımızın nəticələri barədə qısa müddətdə sizə məlumat verəcəyik. Regiondakı vəziyyət son dərəcə gərgindir. Prezident gərginliyin azaldılması üçün səylərini davam etdirir. Bu yardım təkcə İran üçün deyil, bütün region üçün, regional sabitlik və sülh üçündür. Rusiya, o cümlədən prezidentin səyləri ilə gərginliyin azaldılması üçün kömək göstərməyə davam edir", - Kremlin sözçüsü vurğulayıb.