XƏBƏRLƏR / Siyasət

Ərdoğan TDT Sammitində iştirak etmək üçün Qırğızıstana gedib

Səfərdə Türkiyə Prezidentini həyat yoldaşı Əminə və geniş nümayəndə heyyəti müşayiət edir

Ərdoğan TDT Sammitində iştirak etmək üçün Qırğızıstana gedib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının (TDT) 11-ci Zirvə Toplantısında iştirak etmək üçün Qırğızıstana gedib.

    Ərdoğan Türkiyə vaxtı ilə saat 13.20-də “CAN” təyyarəsi ilə Atatürk Hava Limanından Qırğızıstana yola düşüb.

    Fəxri qarovul dəstəsini apronda qarşılayan Ərdoğanı İstanbul valisi Davud Gül və digər rəsmi şəxslər yola salıb.

    Prezident Ərdoğanı səfərdə

    - həyat yoldaşı Əminə Ərdoğan,

    - xarici işlər naziri Hakan Fidan,

    - enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar,

    - mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy,

    - milli müdafiə naziri Yaşar Gülər,

    - səhiyyə naziri Kamal Memişoğlu,

    - Ticarət Ömər Bolat,

    - MİT sədri İbrahim Kalın,  

    - Prezident Aparatının Kommunikasiyalar Direktoru Fahrettin Altun,

    - Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç,

    - AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik və bəzi rəsmilər müşayiət edib.