Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a gedir
Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak etmək üçün 9-11 iyul 2024-cü il tarixlərində ABŞ-a səfər edəcək.
Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
NATO-nun yaranmasının 75-ci ildönümünə təsadüf edən Sammitdə Alyansın coğrafiyasına qarşı çağırışlar və risklər qarşısında təşkilatın çəkindirmə və müdafiə sahəsində səyləri, habelə Ukraynadakı vəziyyət və NATO ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Alyans üçün əsas təhdidlərdən biri olan terrorla mübarizə istiqamətində atılan addımlar da Sammitin gündəliyində olacaq.
Bu sessiyada NATO-nun Asiya-Sakit okean regionunda tərəfdaşları, Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya liderləri, Ukrayna Prezidenti və Avropa İttifaqının nümayəndələri də iştirak edəcəklər. R.T.Ərdoğanın Zirvə Toplantısı çərçivəsində bəzi iştirakçı dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.