“Azərbaycan ona məxsus torpaqları geri qaytardı”
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib
“Azərbaycan ona məxsus olan torpaqları geri qaytardı”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə mediasına müsahibəsində deyib.
“Ermənistan və Azərbaycan Qafqazda vəziyyətin sabitləşməsi yollarını axtarmağa davam edirlər, KTMT də kömək etməyə hazırdır. Ötən ilin sentyabrında toqquşma zamanı hər iki tərəfdən təqribən 300 nəfər həlak oldu. Biz bu zaman Ermənistanın xahişini aldıq. KTMT-nin Baş katibi xüsusi missiya ilə sərhədə getdi və Ermənistanın Azərbaycanla sərhəd hissəsində KTMT missiyasının yerləşdirilməsi planını gətirdi. Bu plan artıq çoxdan hazır idi. Lakin Ermənistan tərəfi bizi tələsdirmədi və nəticədə İrəvanda baş tutan sammitdə müvafiq qərarın mətnini bitirdik”, - deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, Ermənistan tərəfi bu qərarda Azərbaycanın qəti şəkildə qınanılması şərtini irəli sürsə də, KTMT ölkələri buna razı olmayıb.
Bununla yanaşı, Lavrov Qarabağ müharibəsinin tarixinin onilliklərlə dərinə getdiyini və Ermənistanın uzun illər əzində Azərbaycanın yeddi rayonunu işğal altında saxladığını xatırladıb.