XƏBƏRLƏR / Siyasət

Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadılıb

Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib

Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) sədrliyi daha iki il uzadılıb.

    Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib:

    "Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə üzv dövlətlərə təşəkkür edirəm".