"Ermənistan konstitusiyasında dəyişiklik etməlidir"
Bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Almaniyanın "Tagesschau" televiziya kanalına verdiyi müsahibədə Ermənistanın konstitusiyasında dəyişiklik etməli olduğunu bildirib:
"Azərbaycan və Ermənistan arasında Sülh Sazişin nəhayət imzalanması vacibdir. Bunun üçün Ermənistanın konstitusiyasında dəyişiklik etməli və ya yenisini qəbul etməlidir. Bu məsələ hazırda burada müzakirə olunur. Mən prosesi dəstəkləməyə çalışıram, amma təbii ki, bu, Ermənistanın daxili siyasətinin məsələsi olaraq qalır. Əgər bu, uğurlu olarsa, bizim böyük imkanlarımız olacaq. O zaman biz bütün növ malların, xammalın, enerji ehtiyatlarının və hətta elektrik enerjisinin tədarükü üçün yeni əlaqələr qura biləcəyik. Hesab edirəm ki, bu, əla fürsətdir. İnsanlar mədəni mübadilə vasitəsilə daha sıx qarşılıqlı əlaqədə ola biləcəklər. Lakin bu uğursuz olarsa və başqa bir müharibə başlayarsa, düşünürəm ki, hər kəs nəticələrin nə olacağını başa düşür".
Xatırladaq ki, Yohann Vadeful 17-19 noyabrda Azərbaycana və Ermənistana səfərlər edib.
1 dəqiqə