XƏBƏRLƏR / Siyasət

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Qonağı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev qarşılayıb

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.