X Qlobal Bakı Forumu keçirilir VİDEO

“Dünya bu gün: Çağırışlar və ümidlər”

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. 

    İştirakçıların səviyyəsi və Qlobal Bakı Forumunun intellektual səviyyəsi digər beynəlxalq konfransların səviyyəsinə uyğundur. Bu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin və idarə heyətinin çox dərin və məhsuldar fəaliyyətinin nəticəsidir.

     Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Bakı Forumunun açılış mərasimində çıxışında deyib. Dövlətimizin başçısı bildirib ki, Forumda 60 ölkədən 300-ə yaxın iştirakçı, o cümlədən keçmiş prezidentlər və hökumət başçıları iştirak edir. Forumda müzakirələrin səviyyəsinin yüksək olacağını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, göstəriləcək yeni həllər çox dəyərli olacaq.