XƏBƏRLƏR / Siyasət

Hacıyev Aİ-nin nümayəndəsi ilə TRIPP-i müzakirə edib

Prezidentin köməkçisi bu barədə “X” hesabında yazıb

Hacıyev Aİ-nin nümayəndəsi ilə TRIPP-i müzakirə edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Eduard Stiprays ilə görüşüb.

    Prezidentin köməkçisi bu barədə “X” hesabında yazıb.

    Hikmət Hacıyevin sözlərinə görə, görüş zamanı regional əməkdaşlıq üzrə səmərəli müzakirələr aparılıb, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və TRIPP layihələrinə xüsusi diqqət yetirilib.

    Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzvlüyü nəzərə alınarsa, bu format çərçivəsində əməkdaşlıq üçün əhəmiyyətli imkanlar mövcuddur.