Ərdoğan İsraildə baş verən hadisələrə münasibət bildirib
Türkiyənin prioriteti Yaxın Şərqdən Qafqaza, Balkanlardan Qara dənizə qədər bölgədə qan tökülməsini dayandırmaqdır
“Türkiyə olaraq tərəfləri bu səhər İsraildə baş verən hadisələr fonunda təmkinli davranmağa və gərginliyi artıracaq impulsiv addımlardan uzaq durmağa çağırırıq”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, ölkəsinin prioriteti Yaxın Şərqdən Qafqaza, Balkanlardan Qara dənizə qədər bölgədə qan tökülməsini dayandırmaqdır.