Blinken: Hər iki dəhlizin dərhal açılmasına çağırırıq
ABŞ Dövlət katibi Azərbaycan və Ermənistanı dialoqa çağırıb
ABŞ Azərbaycan və Ermənistanı həll edilməmiş məsələləri birbaşa dialoq yolu ilə həll etmək üçün birgə işi davam etdirməyə çağırır.
Bunu ABŞ dövlət katibi Antoni Blinken mətbuata bəyanatında bildirib.
Antoni Blinken Laçın yolunun əlavə marşrutlarla birgə təcili açılmalı olduğunu qeyd edib: "İrəliyə doğru yeganə yol sülh, dialoq və bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasıdır".
“...Humanitar yüklər Laçın dəhlizi və Ağdamdan keçən yolun yanında yerləşir, biz bir daha humanitar yüklərin keçməsi üçün hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırırıq... Biz həmçinin liderləri gərginliyi artıran və bu məqsədə mane olan heç bir addım atmamağa çağırırıq. Mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir”, - ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.