Tokayev Qazaxıstanın vitse-prezidenti barədə danışıb
"Bu, hamınızın yaxşı tanıdığı şəxs olacaq"
Qazaxıstanın vitse-prezidenti gələn həftə və ya 10 gün ərzində təyin olunacaq. Dövlət başçısı Kasım-Jomart Tokayev bu barədə mətbuat konfransında bildirib.
"Hamı vitse-prezident vəzifəsi ilə bağlı suallar verir. Həqiqətən də, bu, əhəmiyyətli dəyişiklikdir. Biz bu yeni vəzifəni Konstitusiyada qəsdən müəyyən etdik. Bunun mütləq zəruri olduğunu desəm, yanılmaram. Bu çətin dövrdə ölkəmizin xüsusilə belə bir vəzifəyə ehtiyacı var. Vitse-prezidentin adı yaxın bir həftə və ya on gün ərzində açıqlanacaq. Onun adını indi çəkmək tez olardı. Bu, hamınızın yaxşı tanıdığı şəxs olacaq", - deyə Tokayev bildirib.
1 dəqiqədən az