Ermənistanda səfərdə olan AŞPA həmməruzəçiləri Kimmo Kilyunen və Borianna Aberq Geğarkunik vilayətinə (Göyçə) baş çəkiblər. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Onlar Geğarkunik vilayətinin qubernatoru Karen Sarkisyanla görüşüblər. Həmməruzəçilər Azərbaycanla həmsərhəd olan Sotk (Zod) və Kutakan (Günəşli) kəndlərində olublar.Onları Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan müşayiət edib. Qeyd edək ki, AŞPA həmməruzəçiləri Zəngəzura da səfər etmişdilər.