ABŞ Qarabağda keçirilən qondarma "seçkiləri” tanımır
Bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib ki, Birləşmiş Ştatlar Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır.
“Əvvəllər dediyimiz kimi, biz Qarabağı “müstəqil və suveren dövlət” kimi tanımırıq və buna görə də son bir neçə gündə elan edilmiş qondarma “prezident seçkiləri”nin “nəticələrini” tanımırıq”.
Miller qeyd edib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın məsələləri birbaşa dialoq yolu ilə həll etmək səylərini bundan sonra da güclü şəkildə dəstəkləyəcək.