Armen Qriqoryan Məhəmməd Baqiri ilə sərhədləri müzakirə edib
Ermənistan TŞ katibi İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi tərəfindən qəbul edilib
İrana səfəri çərçivəsində ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Baqiri ilə görüşüb.
Qriqoryan regiondakı təhlükəsizlik vəziyyətini təqdim edib və İranın regionda sərhədlərin toxunulmazlığı ilə bağlı mövqeyinin vacibliyini qeyd edib. Tərəflər regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.

Tehran gərginliyi azaltmaq üçün Ermənistan-Azərbaycan sərhədinə müşahidəçiləri göndərməyə hazırdır.
Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib.
"Biz Bakı ilə İrəvan arasındakı münaqişənin həllinə kömək etməyə hazırıq. Regiondan kənarda yeni aktorların olması mürəkkəbliyi və qeyri-sabitliyi artırır", - o bildirib.