NATO-nun Baş katibi Stoltenberq Azərbaycana gəlir YENİLƏNİB
Səfər bu həftənin sonuna nəzərdə tutulub
NATO-nun Baş katibi Yens Stoltenberqin Bakıda hansı görüşlərdə iştirak etdəcəyi məlum olub.
Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətindən bildirilib.
Stoltenberq martın 17-də Bakıda Prezident İlham Əliyevlə, martın 18-də xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla danışıqlar aparacaq.
Martın 18-də NATO-nun Baş katibi Tbilisiyə yola düşəcək, orada Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Kobaxidze ilə görüşəcək.
Martın 19-da Stoltenberq İrəvana səfər edəcək, orada prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.
Həmin gün NATO-nun Baş katibi Ermənistanın baş naziri ilə birgə mətbuata bəyanatla çıxış edəcək.
NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfəri martın 17-19-nu əhattə edəcək.
***
15 mart 2024-cü il
17:22
NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana səfər edəcək. Səfər bu həftənin sonuna, martın 17-nə nəzərdə tutulur.
Baş katib Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.