XƏBƏRLƏR / Siyasət

Moskva İrəvanın ABŞ-la nüvə sahəsində sazişindən narazıdı

Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova danışıb

Moskva İrəvanın ABŞ-la nüvə sahəsində  sazişindən narazıdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın ABŞ-la nüvə enerjisi sahəsində imzaladığı sazişə rəy bildirib.

    Keçirdiyi brifinqdə Zaxarova deyib: "Ermənistan istənilən tərəfdaşla əməkdaşlıq etməkdə sərbəstdir, lakin Amerika nüvə texnologiyasının seçimi suallar doğurur.

    Vaşinqtonun təklif etdiyi kiçik nüvə elektrik stansiyaları, xüsusən də ABŞ-da mövcud deyil - onlar yalnız kağız üzərində mövcuddur."