XƏBƏRLƏR / Siyasət

“CBS News”: ABŞ MKİ-nin direktoru Moskvada səfərdədir

Retkliffin Moskvada kiminlə görüşəcəyi və nəyi müzakirə edəcəyi hələlik bilinmir

“CBS News”: ABŞ MKİ-nin direktoru Moskvada səfərdədir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Moskvada səfərdədir.

    “CBS News”-un müxbiri Cennifer Ceykobs anonim mənbələrə istinadən xəbər verib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Moskvaya Endryus hərbi bazasından ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing C-17 hərbi nəqliyyat təyyarəsi ilə gəlib.

    Rəsmi olaraq nə Moskva, nə də Vaşinqton onun səfəri ilə bağlı məlumatı təsdiqləyib.

    Retkliffin Moskvada kiminlə görüşəcəyi və nəyi müzakirə edəcəyi hələlik bilinmir.