Rusiya Köçəryanın həbsindən sonra İrəvana hücuma keçdi
Rusiya Dövlət Dumasının spikeri Volodin Ermənistanı yalançı siyasət yürütməkdə suçlayıb YENİLƏNİB
14:30
Rusiyalı həmkarı Volodinin açıqlamalarını şərh edən Ermənistan Parlamentinin sədri Ruben Rubinyan bildirib ki, İrəvan Rusiya ilə münasibətləri pisləşdirmək üçün heç bir addım atmır.

O, həmçinin Rusiyanın Ermənistandan malların tədarükünə qoyduğu məhdudiyyətləri "yersiz və ədalətsiz" adlandırıb.
***
10:44
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin hesab edir ki, Ermənistan yalançı siyasət yürüdür və AİB tərəfdaşlarını həyasızcasına aldadır.
"Bu, həyasız və səhv siyasətdir. Sadəcə deyin. Avropa İttifaqına qoşulursunuz? İşinizdə olun. Onda burada güzəştli imtiyazlardan vaz keçin", - Volodin hesab edir.
Xatırladaq ki, Ermənistanda Robert Köçəryana və onun oğlu Sedraka qarşı açıq cinayət istintaqı başlanılıb.
1 dəqiqədən az