Kasım-Jomart Tokayev: Türkün türklə ədavətə haqqı yoxdur
Qazaxıstan Prezidenti TDT-yə üzv ölkələrinin ziyalılarının bir araya gəlməsinə dair təşəbbüslə də çıxış edib

Türk Səyyahlar Klubu da yarada bilərik.
Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə deyib.
Kasım-Jomart Tokayev TDT-yə üzv ölkələrinin ziyalılarının bir araya gəlməsinə dair təşəbbüslə də çıxış edib: “Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin dediyi kimi, türkün türklə ədavət aparmağa haqqı yoxdur. Biz türk dövlətlərini bir araya gətirmək üçün əlimizdən gələni edəcəyik”.