Paşinyan Putinin əlehinə toplanan Münhen Konfransına gedir
Rusiya XİN sözçüsü Zaxarova ölkəsinin bu Konfransda "müxtəlif səbəblərdən" iştirak etməyəcəyini deyib
Ermənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında (17-19 fevral) iştirak edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya rəsmilərinin müxtəlif səbəblərdən Münhen Təhlükəsizlik Konfransında iştirak etməyəcəklərini bildirib. O, bu barədə çərşənbə günü keçirdiyi brifinqdə məlumat verib.
Qeyd edək ki, Konfrans təşkilatçıları Rusiyanı təmsil etmək üçün Putin hakimiyətinə radikal müxalifətdə olan və xaricdə yaşayan Mixail Xodorkovski və Harri Kasparovu dəvət ediblər.