Şençjendə ABŞ, Çin və Rusiya liderləri Donald Tramp, Si Cinpin və Vladimir Putinin üçtərəfli görüşü başlayıb.

Danışıqlar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində keçirilir.
Bu, üç liderin qeyd olunan formatda ilk rəsmi görüşüdür.
Donald Trampın çıxışı:
Biz tarix yaradırıq.
Bunu ABŞ Prezidenti Donald Tramp Rusiya və Çin liderləri ilə üçtərəfli görüşdə deyib.
Dünyanın üç ən böyük ölkəsinin liderləri olaraq, yalnız xalqlarımıza deyil, bütün dünyaya təsir edən məsələlərlə bağlı açıq, qarşılıqlı hörmətə əsaslanan və səmərəli dialoq aparmaq kimi xüsusi məsuliyyət daşıyırıq.
“Bundan əvvəl keçmiş liderlər ixtilafları olduğu ölkələrlə danışmaqdan tez-tez yayınırdılar. Biz isə bunun əksini hiss edirik. Əgər sizin nüvə silahınız varsa, bundan sonra onlara sahib olmamaq çox çətindir”, - Tramp qeyd edib.
O, Ukrayna mövzusuna da toxunub. ABŞ Prezidenti bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna rəhbərliyi də müharibənin bitməsini istəyir.
Tramp İranın nüvə silahına malik olmaması ilə bağlı mövqeyini bir daha təkrarlayıb.
“Dünyanın başqa ölkələrində nüvə silahlarının yayılmasının qarşısını almaq həyati əhəmiyyət daşıyır. Biz bunu İran məsələsində edirik”, - ABŞ prezidenti deyib.
Si Cinpinin çıxışı:
Böyük güclər yekdil davrananda dünya sülh və əmin-amanlıqda olacaq.
Bunu Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ və Rusiyadan olan həmkarları ilə üçtərəfli görüşün əvvəlində deyib.
“Rəqabət əsl məsuliyyəti üzə çıxarır. Üç ölkə qlobal çağırışların öhdəsindən gəlmək üçün birlikdə işləməlidir”, - Si Cinpin vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin isə hər üç ölkənin Ukraynada müştərək maraqlarının olduğunu bildirib.
Vladimir Putinin çıxışı:
Rusiya, Çin və ABŞ arasında konstruktiv əməkdaşlıq qlobal sabitliyin möhkəmləndirilməsinə töhfə verə bilər.
Bunu Rusiya Prezidenti Vladimir Putin Şençjendə keçirilən Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli görüşündə bildirib.
O, Rusiya, Çin və ABŞ-ın Ukrayna da daxil olmaqla regional münaqişələrin həllində bir çox ortaq maraqlarının olduğunu söyləyib.
Putin bu gün Donald Trampla görüşündə Ukrayna məsələsinin ətraflı müzakirə olunduğunu qeyd edib.
Putin bildirib ki, Rusiya, Çin və ABŞ hörmət, bərabərlik və maraqlar balansı əsasında əməkdaşlıq etməlidirlər.
Rusiya lideri əlavə edib ki, Rusiya, ABŞ və Çin beynəlxalq sülhün qorunmasında məsuliyyət daşıyır.
3 dəqiqə