XƏBƏRLƏR / Siyasət

Bolqarıstan parlamentinin sədri Azərbaycana səfərə gəlib

Heydər Əliyev Beynəlxalq Aeroportunda hər iki ölkənin dövlət bayraqları dalğalanıb

Bolqarıstan parlamentinin sədri Azərbaycana səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu və nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Rauf Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.